Sinəmin Ardanın dəstəyi ilə qurduğu şirkəti bağlandı

Sinəmin Ardanın dəstəyi ilə qurduğu şirkəti bağlandı
2191 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Sinəm Kobalın 3 il əvvəl keçmiş sevgilisi, futbolçu Arda Turanın dəstəyi ilə qurduğu “CGS” adlı prodüser şirkəti fəaliyyətini dayandırıb.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisanın Gülşən Aybaba və  Cemre Kemer adlı rəfiqələri ilə ortaq şəkildə açdığı şirkət müflisləşməyə doğru getdiyi üçün bağlanılıb. Belə ki, “CGS” 3 il ərzində cəmi bir klip çəkə bilib.
 
S.Kobal şirkətin heç bir xeyir vermədiyini görüb şərikləri ilə birgə onun fəaliyyətini dayandırmaq qərarına gəlib.

Aktrisa bu barədə açıqlamasında “Bir də heç vaxt prodüserlik etmərəm, kamera önünüdə olmaq daha yaxşıdır” deyib.