Beyonsun yeni döymələri - fotolar

Beyonsun yeni döymələri -  fotolar
2041 dəfə oxunub
  • A-
  • A
  • A+
R&B ulduzu Beyons Avropa istirahəti zamanı yeni metal döymələri ilə diqqət çəkib.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, müğənni dəblə ayaqlaşmağa davam edir. Moda dünyasının ən sonuncu trendi olan metal və qızılı rəngli müvəqqəti döymələr müğənninin yeni bəzəyidir.

Qeyd edək ki, yeni trend artıq şou dünyasında bir neçə ulduzun marağına səbəb olub. Qolbaq və boyunbağı şəklində çəkilən döymələrin çox yaxın zamanda dəblə ayaqlaşan hər kəsin seçiminə çevriləcəyi gözlənilir.