Aktrisa hamilə olduğunu gizlədir

Aktrisa hamilə olduğunu gizlədir
2187 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi rok qrupu "Aerosmit"in vokalisti Stiv Taylerin 37 yaşlı qızı aktrisa Liv Tayler ikinci dəfə hamilədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, hamilə olduğunu gizlətməyə çalışır.

Hər dəfə qarnını çanta, papaq, gödəkçə kimi geyim atributları ilə örtməyə çalışan Liv özünü olduqca şübhəli aparır. Bu haqda verilən sualları cavablandırmayan aktrisanın sonuncu şəkillərində hamilə olduğu açıq-aydın görünür.

Qeyd edək ki, Liv 3 aydır ki, Devid Bekhemin yaxın dostu, futbol meneceri Deyv Qardnerlə birlikdədir. D.Qardnerin aktrisa Deyvin Teylor ilə nikahından 2 övladı var.
 
Xatırladaq ki, Liv Taylerin də musiqiçi Royston Lenqdonla evliliyindən bir oğlu var.