Məşhur futbolçu sevgilisinə xəyanət etdi - fotolar

Məşhur futbolçu sevgilisinə xəyanət etdi - fotolar
3516 dəfə oxunub
  • A-
  • A
  • A+
Almaniyanın "Bavariya" klubunun futbolçusu Bastian Şvaynştaygerin sevgilisi Sarah Brandneri tennisçi Ana İvanoviçlə aldatması hər kəsi heyrətə salıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Nyu-York moda həftəsinə qatılan Bastian tennis ulduzu ilə əl-ələ fotokameralara tuş gəlib. "Bild" qəzetinin ortaya çıxardığı eşq macərasına dair suallara futbolçunun cavabı "Mənim özəl həyatım heç kimi maraqlandırmasın" olub.

ABŞ-da keçirilən tennis turnirinin ikinci turunda uduzan İvanoviç Bastianla görüşmək üçün orada qalıb, ölkəsinə qayıtmayıb.

Qeyd edək ki, ASL xəstəliyinə dəstək məqsədiylə “başına buzlu su tökmə aksiyası”na qoşulan Ana futbolçuya meydan oxumuşdu.