Bred Ancelinanı aldadarsa... - nikah müqaviləsinin şərtləri

Bred Ancelinanı aldadarsa... - nikah müqaviləsinin şərtləri
2972 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda Fransada ailə quran Hollivud ulduzları – Bred Pitt və Ancelina Coli gündəmdən düşmür.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, toy şəkillərini “Hello” və “People” jurnallarına 2 milyon dollara satan cütülüyün nikah müqaviləsində maraqlı maddələr var. Bred və Ancelinanın 425 milyon dollarlıq evlilik sözləşməsinin detalları açıqlanıb. Bu saziş onların mülkiyyəti ilə yanaşı, 6 uşağına aid olan məsələləri də əhatə edir.

Məlumata görə, B.Pitt A.Colini aldadarsa, uşaqlar aktrisada qalacaq. Pul məsələlərinə gəlincə, hər iki tərəf nikahdan əvvəlki qazanclarına sahib olacaq.

Evlilik müddətində əldə olunan gəlir isə uşaqlar – Maddox (13), Paks (11), Zahara (9), Vivienne (6), Şiloh (8) və Knoks (6) arasında bölünəcək. Pulun digər qismi xeyriyyə fondlarına bağışlanılacaq.

Qeyd edək ki, müqavilədəki məlumata görə, Bred Pittin 240, Ancelina Colinin isə 185 milyon dollar sərvəti var.