“Yatağımız o qədər genişdir ki...”

“Yatağımız o qədər genişdir ki...”
4888 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Songül Karlı verilişlərdən birinin qonağı olub.
 
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, sənətçi proqramda şəxsi həyatı barədə bu dəfə də maraqlı açıqlamalar verib.

Aparıcının “Həyat yoldaşınızla küsəndə otaqlarınızı ayırırsınız” sualına S.Karlı “İkimiz də rahat yatmağı xoşlayan insanlarıq. Yatağımız o qədər genişdir ki... O bir tərəfdə, mən də digər tərəfdə yatıram” cavabını söyləyib.
 
Sənətçi  həyat yoldaşı ilə küsərkən bir-birləri ilə günlərlə danışmadıqlarını, lakin özünün bu vəziyyətə uzun müddət dayana bilmədiyini etiraf edib.

Qeyd edək ki, Songül Karlı bir müddət əvvəl müsahibələrinin birində efir üçün sinəsini kiçiltdiyini və hətta hamiləliyini sonlandırdığını bildirmişdi. Müğənninin bu açıqlaması isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdı.