Corc Kluni özünə iki dəfə toy edəcək

Corc Kluni özünə iki dəfə toy edəcək
830 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli aktyor Corc Kluni nişanlısı, vəkil Amal Alamuddinlə özünə iki dəfə toy edəcək.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir birlikdə olan cütlük həm Londonda, həm də Venesiyada iki müxtəlif nikah mərasimi etməyi planlaşdırır.
 
Böyük Britaniyadakı məclisdə yalnız qohumlar və ailə üzvlərinin, İtaliyada baş tutacaq dəbdəbəli mərasimdə isə 60-a qədər digər qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, Kluni və Alamuddin apreldə nişanlanıblar. Daha əvvəl 53 yaşlı aktyor toylarının Komo gölü sahilində olacağını demişdi.