Nikol Kidmanın ailəsində faciə baş verib

Nikol Kidmanın ailəsində faciə baş verib
2046 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli aktrisa Nikol Kidmanın ailəsində faciə baş verib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzunun atası professor-doktor Antoni Kidman müəmmalı şəkildə dünyasını dəyişib.
 
Sinqapurda yaşayan digər qızı Antoniyanı ziyarət etməyə gedən professor bu gün səhər saatlarında qaldığı otelin yeməkxanasında yıxılaraq ölüb. Hadisənin təfərrüatları barədə məlumat verilmir. Polis araşdırmalara başlayıb.
 
Qeyd edək ki, Antoni Kidman Sidneydə xəstəxanaların birində çalışırdı.