Çağatay Serenayla öpüşmək istəmədi

Çağatay Serenayla öpüşmək istəmədi
6888 dəfə oxunub
  • A-
  • A
  • A+
“Medcezir” serialının ulduzları – aktyor Çağatay Ulusoy və aktrisa Serenay Sarıkaya arasındakı gərginlik səngimək bilmir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 ay sevgili həyatı yaşadıqdan sonra ayrılan cütlüyün küsülülüyü çəkildikləri seriala da təsirsiz ötüşmür.
 
Bir müddət əvvəl qarşılıqlı səhnələrdə çətinlik yaşayan Çağatay və Serenay bu dəfə də problemlə üzləşiblər.

Belə ki, Ç.Ulusoy yeni mövsümdə serialda S.Sarıkaya ilə öpüşmə səhnələrinin olmamasını istəyib. Aktyorun hətta belə bir xahişlə prodüserlə danışdığı da iddia edilir.