Gecə yeməməyin 12 yolu

Gecə yeməməyin 12 yolu
2063 dəfə oxunub
  • A-
  • A
  • A+
Gecəyarısı insana hərdən qəribə aclıq gəlir. Bu zaman yemək isə artıq piylərin yaranmasına gətirib çıxarır.

Axşam.az xarici mətbuata istinadən gecə yeməməyin 12 yolunu təqdim edir:

1. İştahanı aldat

Elə ki acdın, bir stəkan limonlu, qazlı mineral su, tomat şirəsi və ya bir stəkan yaşıl çay iç.

2. İsti vanna iştahanı yox edir

Aclıq sənə güc gələn kimi isti vanna qəbul et. Tərləmək arıqlama prosesini gücləndirəcək.

3.İdman toxluq yaradır

Əgər dəhşətli aclıq hiss edirsənsə, yüngülvari idman və ya rəqs et. Bir neçə dəfə oturub-durmaqla da iştahaya qalib gəlmək olar. İdmandan sonra yemək ürəkbulanma yaradacaq.

4. Aromaterapiya iştahı tənzimləyir

Pəhriz zamanı həmişə əlaltında qreypfrutun qabığını saxla. Onu iyləməklə bütün iştahan doyma hissi ilə əvəz olunacaq. Gül və meyvə efir yağları isə iştahanı tamamilə unutdurur.

5. Dadlı desert əhvalı yüksəldir 
 
Xoşbəxtlik hormonu şirniyyat yeməklə yaranır. Aclıq hiss edəndə meyvə, yoqurt və ya bir neçə dilim qara şokolad ye.

6. Ədviyyat iştah yaradır

Pəhriz yeməklərinə heç vaxt ədviyyat qarışdırma. Onlar o qədər iştah yaradır ki, yesən belə, doymayacaqsan.

7. Yüksək kalorili yeməkləri gizlət
 
Əl altında ancaq doğranmış meyvə-tərəvəz saxla ki, acanda əlini ancaq az kalorili yeməklərə uzada biləsən.

8. Gəzməklə arıqla

Gəzmək üçün elə vaxt seç ki, qayıdanda artıq yatağa uzana biləsən. Çünki gəzmək iştah yaradır. Əgər gəzməklə yatmaq arasında boş vaxtın olsa, mütləq yeyəcəksən.

9.İştahanı saqqızla aldat

2 dilim meyvəli saqqız dad reseptorlarını aldadır və iştahı yox edir.

10. Dişlərini fırçala

İnsanda belə bir refleks var ki, dişlərini fırçalayandan sonra yemək olmaz və yatağa girmək lazımdır. Sən də dişləri çirkləndirməmək üçün yemə.

11. Model şəkilləri arıqladır

Çoxlu model şəkillərinə bax və özünü onlardan biri kimi təsəvvür et. Heç bu cür gözəl, gecə yemək yeyər?

12. Oxumaq, oxumaq yenə də oxumaq

Gecə jurnal və ya kitab oxumaq beynini yeməkdən uzaqlaşdıracaq. Həm maariflənəcək, həm də arıqlayacaqsan.