“Əli kapitan”ı oteldən qovdular

“Əli kapitan”ı oteldən qovdular
2075 dəfə oxunub
  • A-
  • A
  • A+
“Öyle bir geçer zaman ki” (“Zaman elə keçir ki”) serialından "Əli kapitan" obrazı ilə tanınan aktyor Ərkan Petekkaya oteldən qovulub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, alkoqolu tərgitdiyini söyləyən, lakin bu vərdişindən əl çəkə bilməyən aktyor “Bebek oteli”nin restoranından zorla çıxarılıb. E.Petekkaya getdiyi məkanda gecə yarısınadək spirtli içki qəbul edib.

Restoranın bağlanma saatı olması ilə əlaqədar işçilərin sözlərinə məhəl qoymayan Ərkan içməyə davam edib və “Siz mənim üçün bir ofisiant qoyub gedin” deyib. Onun bu sözləri isə otel nəzarətçilərini hövsələdən çıxarıb. Onlar aktyoru zorla çölə çıxardaraq “Bir daha bura gəlməyin” deyə xəbərdarlıq ediblər.

Qeyd edək ki, bu, Erkan Petekkayanın alkoqollu vəziyyətdə səbəb olduğu ilk qalmaqal deyil. O daha əvvəl də çəkildiyi “Öyle bir geçer zaman ki” və “Dila hanım” seriallarında məhz bu zərərli vərdişinə görə bütün çəkiliş heyətinə dəfələrlə narahatlıq yaşadıb.