Keçmiş sevgilisinin barmağını sındırdı

Keçmiş sevgilisinin barmağını sındırdı
2469 dəfə oxunub
  • A-
  • A
  • A+
 “Qardaş payı” serialının qəhrəmanı Əhməd Kural, meneceri və keçmiş sevgilisi Naz Çekemin barmağını sındırıb.
 
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, N.Çekem hadisənin necə baş verməsindən danışıb. Ə.Kuralla restoranda qarşılaşan Naz keçmiş sevgilisinin sərxoş olduğunu söyləyib:

“Dostlarımla oturmuşdum, Əhməd yanıma gəldi. Bir az içkili idi. Mənə “Sən məşhur Naz Çekem deyilsən” sualını verdi. Daha sonra “Əlbəttə, biz olmayanda sən var idin!” dedi. “Səni çox sevirəm”  söyləyərək əlimi tutub sıxdı. Bu zaman isə sağ əlimin adsız barmağı qırıldı”.

Qeyd edək ki, həmin gün xəstəxanaya aparılan Naz Çekemin sınan barmağı gipsə qoyulub. Əhməd Kural isə baş verənlərlə bağlı suallara cavab verməyib.