“Yuxu, çoxlu su və yaxşı nəmləndirici krem”

“Yuxu, çoxlu su və yaxşı nəmləndirici krem”
3651 dəfə oxunub
  • A-
  • A
  • A+
45 yaşlı aktrisa Cennifer Eniston hər zaman öz gözəlliyi ilə diqqət çəkib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üz dərisində bir dənə də qırış olmayan sənətçi, plastik əməliyyatların əleyhinədir. Aktrisa gələcəkdə də botoks vasitəsilə özünü gəncləşdirmək haqda düşünmür.

Cennifer müsahibəsində üz dərisinin necə cavan qalmasının sirlərini açıqlayıb:
 
“İlk növbədə genetikama borcluyam. Atamın 81 yaşı var, ama üzündə qırış yoxdur. Nənəm də 95 yaşına qədər yaşayıb və ömrünün sonunadək çox gözəl qalıb. Mənim şəxsi sirrim isə bəsitdir: Yuxu, çoxlu su və yaxşı nəmləndirici krem”.