Selena Qomezin rəfiqəsi şayiələri təkzib etdi

Selena Qomezin rəfiqəsi şayiələri təkzib etdi
3064 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu aralar həmkarı Keti Peri ilə arası dəyən müğənni Teylor Svift digər rəfiqəsi Selena Qomezlə də küsülü olduğu xəbərlərini təkzib edib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı Teylor müsahibəsində Selena ilə arasının çox yaxşı olduğunu deyib.

Xatırladaq ki, mətbuatda müğənninin Castin və Selena cütlüyünün münasibətlərinə qarşı çıxdığı xəbərləri yer alırdı. Teylorun Castini rəfiqəsinə layiq bilmədiyi iddia edilirdi.

Müğənni bu şayiələri inkar edib. Selena ilə hər gecə telefonla danışarkən belə xəbərlərə çox güldüklərini etiraf edib.