Aktyor iş adamı ilə dava edib

Aktyor iş adamı ilə dava edib
1632 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış yumor ustası Şahan Gökbahar iş adamı Akın Büyükoğlu ilə dava edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, dörd dostu ilə gecəyarısı əylənməyə gedən aktyorun iş adamı ilə sözü çəpləşib. Gökbahar Büyükoğlunu sərt formada itələdikdən sonra mübahisə daha da şiddətlənib. Bir-birinə yumruq atan iki kişini yanlarındakı dostları ayırmağa çalışıb. 20 dəqiqə davam edən mübahisədən sonra Gökbahar qız dostları ilə gəmiyə oturaraq, məkandan uzaqlaşıb.

Şahan dava etdiyini danıb:

"Bu yalan xəbərləri kim çıxarır? Adını çəkdiyiniz insanı tanımıram. Ankaradan gələn dostlarımla əyləndik. Heç bir dava da olmadı".