"Tarkanı həyat yoldaşından üstün tutdu" sözlərinə cavab

"Tarkanı həyat yoldaşından üstün tutdu" sözlərinə cavab
4238 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün meqa star Tarkanın konsertini izləməyə gedən türkiyəli aparıcı-model Çağla Şikelin mərasimdən sonra söylədiyi sözlər həyat yoldaşı, müğənni Əmrə Altuğun sərt reaksiyasına səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Altuğdan icazə alıb Tarkanı dinləməyə getdiyini deyən model “Kim daha yaxşı oxuyur” sualına “Əmrə də yaxşıdır, amma Tarkan tamamilə başqadır” cavabını verib. Bu isə mətbuatda “Tarkanı həyat yoldaşından üstün tutdu” başlıqlı yazıların getməsinə səbəb olub.

Əmrə Altuğ belə xəbərlər haqqında “Tvitter” hesabından sərt şəkildə fikirlərini bildirib:
 
“Deməli, Türkiyədə xanımını sevdiyin həmkarının konsertinə göndərməməlisən ki, belə yazılar çıxmasın. Görəsən, o zaman nə haqda yazacaqlar”.