Hülya Avşar “Yetenek sizsiniz Türkiye”dən niyə ayrılıb? – açıqlama

Hülya Avşar “Yetenek sizsiniz Türkiye”dən niyə ayrılıb? – açıqlama
2209 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Hülya Avşar “Yetenek sizsiniz Türkiye” yarışmasından ayrılıb.
 
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, müğənni bununla bağlı belə açıqlama verib:

“Acun harada, necə addım atacağını bilən adamdır. Bəzən işi zirvədə tərk etmək lazımdır. Bütün diqqətimi “Hülya şou”ya ayırmaq istəyirəm. Yerimə gələn Özgü Namal çox istedadlıdır və proqram üçün uğurlu olacaq”.

Qeyd edək ki, yeni mövsümdən “Yetenek sizsiniz Türkiye” yarışmasında Hülya Avşarın yerinə münsif kürsüsündə aktrisa Özgü Namal əyləşəcək. Müğənni isə prodüser Acun İlıcalının “TV8” kanalında səhər verilişi aparacaq.