Sevgilisinə görə həyat yoldaşından boşandı

Sevgilisinə görə həyat yoldaşından boşandı
4143 dəfə oxunub
  • A-
  • A
  • A+
“Karagül” serialının rejissoru Murad Saracoğlu ekran işinin baş rol ifaçısı, aktrisa Ece Usluya görə həyat yoldaşından boşanıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir, aktrisanın bir müddətdir birlikdə olduğu sevgilisi xanımı Qəmzə Saracoğlundan uzun çəkən məhkəmə prosesindən sonra ayrılıb.

Məhkəmənin qərarına əsasən, M.Saracoğlunun oğlu həyat yoldaşında qalacaq və o, ayda 11 min TL (təxminən 4 min AZN) aliment, 180 min TL (təxminən 64 min AZN) isə birdəfəlik təzminat ödəyəcək.
 
Boşanma ərizəsində yer alan başqa bir maraqlı maddəyə görə isə, rejissor hazırda çəkdiyi “Karagül” serialı bitdikdən sonra ekranlaşıdracağı kino, serial, sənədli film və ya reklam çarxlarından əldə edəcəyi gəlirin 10 %-ni keçmiş həyat yoldaşının nəzarətində olan, oğlunun adına açılan bank hesabına yatıracaq.