Gəlin maşınının qarşısını kəsənlər cəzalandırılacaq

Gəlin maşınının qarşısını kəsənlər cəzalandırılacaq
1776 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yeni çıxan qanuna əsasən, toy karvanının qarşısını kəsən, işıqforda dayanan maşınların pəncərəsini silib pul tələb edən şəxslər cəzalandırılacaq.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, polis vətəndaşların həyatını təhlükəyə atanlara pul cəzası tətbiq edəcək. İstanbulda toy karvanının qarşısını kəsənlərin pul üçün bəyi öldürmələri hadisəsindən sonra hüquq-mühafizə orqanları bu addımı atmaq məcburiyyətində qalıb.

Bundan başqa, avtomobillərə yaxınlaşaraq salfet, çiçək, süvenir satan və ya dilənənlər də cərimələnəcək.
 
Bu işlərlə məşğul olan 15 yaşına çatmış şəxslər 80 lirə (təxminən 30 manat) məbləğində cərimə ödəməli olacaqlar.