Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi fotoqrafı Yasin Bülbülün nikah şahidliyini edib.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, prezident nikaha həyat yoldaşı Əminə Ərdoğanla qatılıb.
Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara millət vəkili Fatih Şahin isə nikahda ikinci şahid olub. Paytaxtdakı “Rixos” otelində mətbuata qapalı keçirilən mərasimdə, cütlüyün nikahını Ankara bələdiyyə başqanı Melih Gökçek elan edib.
Qonaqlar sonda birgə şəkil çəkdiriblər.