"Məndə pul qurtarmaz..."

"Məndə pul qurtarmaz..."
3017 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İbrahim Tatlısəsin müflis olması ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, 62 yaşlı müğənninin səsi ilə bağlı yaşadığı problemlə əlaqədar layihələrini reallaşdıra bilmədiyi deyilib. Mediada "İmperator"un ABŞ-da əməliyyat olunacağı, buna görə də Bodrum və Quşadasındakı otellərini satışa çıxardığı yazılıb.

Yayılanların şayiə olduğunu iddia edən İ.Tatlısəs İnstaqram səhifəsində məsələyə aydınlıq gətirib:

"Tatlısəs TV" açıldı, maddi sıxıntım yoxdur. Bunları hardan çıxarırsınız bilmirəm. Həkimdən heç bir xəbər gözləmirəm, əməliyyatlıq bir halım da yoxdur. Otellərimi satıram, bundan sizə nə? Gəlib qapınızı döyüb, pul istədim? Məndə pul qurtarmaz, sadəcə, bir az azalar. Bu halımla belə xeyriyyə işləri görürəm, bunu bilirsiniz? Hardan biləcəksiniz ki, axı bunları heç yerdə danışmıram. Pulun və imanın kimdə olduğunu Allah bilir. Bunlar xəbər deyil, başqa şeylər yazın. İstəyirsiniz sizə məlumat verim: Seyrantəpədə beşulduzlu otel tikdirirəm, yeni təyyarə sifariş vermişəm. Qismət olsa gələcək".