Jirinovski jurnalist qızla hamamda - video

Jirinovski jurnalist qızla hamamda -  video
2450 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenidən diqqətləri öz üzərinə çəkib.

Axşam.az anspress-ə istinadən xəbər verir ki, Jirinovski bu dəfə hamamda qız jurnalistə açıqlamalar verib. Sauna xoşlayan Vladimir Jirinovski NTV kanalının gözəl aparıcısının suallarını cavablandırarkən maraqlı ifadələr səsləndirib.

Onun sözlərinə görə, hamamda bütün insanlar bərabər olur: İsti su əhvalı yaxşılaşdırır...”.

Ukrayna münaqişəsi barədə danışan Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib ki, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiyanın xeyrinədir:

“Bunu anlamaq lazımdır. Sanksiyalar Avropa üçün əzab olacaq. Mən açıq deyirəm, Avropada bizə qarşı nifrət Rusiyaya kömək edəcək. Ruslar sanksiyalara görə Avropaya minnətdar olmalıdır. Bizim enerji resurslarımız kifayət qədərdir. Biz bunları satmasaq da, yaşaya bilərik. Nəhayət indi biz inkişaf etmək məcburiyyətində olacağıq.  Brüssel və Londona belə qərarlar verdiyi üçün təşəkkür edirəm".