Bakıdakı gözəllik müsabiqəsinin qalibləri bəlli oldu - fotolar

Bakıdakı gözəllik müsabiqəsinin qalibləri bəlli oldu - fotolar
4425 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 14-də “Baku Crystal Hall”da 89-cu “Miss Globe İnternational” müsabiqəsinin finalı baş tutub.

Axşam.az-ın məlumatına görə, 52 ölkədən gözəllərin qatıldığı gecənin aparıcısı Hüsniyyə Məhərrəmova olub. Yarışmada münsiflər arasında bəstəkar Gövhər Həsənzadə, modelyer Fəxriyyə Xələfova, “Z company”nin rəhbəri Zamiq Yunusov və başqaları yer alıb. Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloder seçilib. Braziliya ikinci, Türkiyə üçüncü, Azərbaycan dördüncü, Boliviya isə beşinci yerdə qərarlaşıb.

Gecədə türkiyəli müğənnilər - Demet Akalın, Gökhan Özen, Haluk Levent, rumıniyalı ifaçı İnna və azərbaycanlı sənətçi Vaqif Nağıyev sevilən mahnılarını səsləndiriblər.

Qeyd edək ki, yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edib.

Foto: Ruslan ƏSƏDOV, Pərvin Sanıyeva

Birinci yerin sahibi Avstraliya təmsilçisi:



İkinci yerin sahibi Braziliya təmsilçisi:



Üçüncü yerin sahibi Türkiyə təmsilçisi:



Dördüncü yerin sahibi Azərbaycan təmsilçisi:



Beşinci yerin sahibi Boliviya təmsilçisi: