“Onunla birlikdə olmaq çox çətindir”

“Onunla birlikdə olmaq çox çətindir”
1857 dəfə oxunub
  • A-
  • A
  • A+
R&B ulduzu Cennifer Lopezlə 2001-ci ildə “Love don`t cost a thing” (“Sevgi qiymətsizdir”) klipinin çəkilişi zamanı tanış olan və bir ay sonra onunla evlənən rəqqas Kris Cadd müğənni ilə yaşayarkən qarşılaşdığı çətinliklərdən danışıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Cadd qatıldığı rəqs festivalında jurnalistlərin Ceylo ilə bağlı suallarını cavablandırıb:
 
“Bilirsiniz, Cennnifer ilə birlikdə olmaq çox çətindir. Əgər onunla yaşamaq istəyirsənsə, şəxsi həyatın ola bilməz. Artıq normal insan deyilsən. Bizim toyumuz da sirki xatırladırdı. Bir neçə nəfər mərasimi uzaqdan görüntüləmək üçün dağa dırmaşarkən polis tərəfindən saxlanılmışdı”.

Rəqqasın sözlərinə görə, cəmi 9 ay davam edən evlilik həyatı paparatsilərin daim onları izləməsi səbəbindən qurtarıb. Caddın fikrinə əsasən, Ceylonun digər münasibətləri də eyni səbəbdən uzun müddət davam etmir:

“Onunla birlikdə olmaq üçün öz fikirlərinin, arzularının, xəyallarının üzərindən xətt çəkməlisən”.
 
Qeyd edək ki, Kris 5 ildir ki, evlidir, 11 aylıq bir qızı var.

Xatırladaq ki, C.Lopez Krisdən ayrıldıqdan sonra aktyor Ben Affleklə nişanlanıb. Yarım il sonra Bendən ayrılaraq müğənni Mark Entoni ilə evlənən ulduz 6 il ailəli olub. Bu il boşanan ifaçı  rəqqas Kasper Smartla da bir neçə ay görüşüb. Hal-hazırda subay olan 45 yaşlı sənətçinin Mark Entoni ilə evlilikdən əkiz övladları var.