Jerar Depardye gündə 13 şüşə şərab içir

Jerar Depardye gündə 13 şüşə şərab içir
764 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur fransalı aktyor Jerar Depardye bir gündə 13 şüşə şərab içdiyini etiraf edib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, J.Depardye jurnallardan birinə verdiyi müsahibədə səhər saat 10:00-dan içməyə başladığını, amma içkinin miqdarından asılı olmayaraq, heç vaxt sərxoş olmadığını bildirib.
 
Aktyor bu qədər çox içməsinin səbəini can sıxıntısı ilə əlaqələndirib. Bundan başqa o, müsahibəsində Afrikadaykən iki aslanı vurduğunu deyib:
 
“Təsəvvür edin ki, avtomobil sürürsünüz, birdən maşın xarab olur və qarşınızda iki aslan dayanıb. Mən onlara öldürmək üçün yox, qorxutmaq üçün atəş açdım”.

Xatırladaq ki, Jerar Depardye Fransada varlıların ödədiyi vergiyə qarşı çıxaraq, fransız vətəndaşlığından imtina edib və artıq bir neçə ildir ki, Rusiya vətəndaşıdır.