Ağlayan polisi işdən çıxardılar - video

Ağlayan polisi işdən çıxardılar - video
9202 dəfə oxunub
  • A-
  • A
  • A+

Şabran rayonunda qəribə hadisə baş verib. 

Rayon polis şöbəsinin Vahid adlı polis serjantının ağlayan videosunun yayılması onu işsiz qoyub.
 
Belə ki, "Youtube" sosial şəbəkəsində polisin telefonda ağlayaraq danışdığı görüntülənib. Videoya baxanda gənc polisin sözlərindən belə nəticə hasil olur ki, sevdiyi qızla yolları ayrılır və bu vidalaşmada ona xoşbəxtlik arzulayaraq, kövrəlir, gözləri yaşla dolur. 

Məlumata görə, polisin sevdiyindən ayrılmasına görə ağlamasının sosial şəbəkələrdə yayımlanması başına dərd açıb, onu işindən azad ediblər. Xəbərdə qeyd olunur ki, bu videonun özü, yoxsa başqaları tərəfindən yerləşdirildiyi məlum deyil. Ancaq görüntülər qabaqdan çəkilib və onun xəbəri olduğu hiss edilir.

Axşam.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Axar.az-a faktı təsdiqlədilər. Rayon Polis Şöbəsindən sözügedən polis serjantının işdən çıxarıldığını bildirdilər:

“Bununla bağlı əlavə məlumat verməyə ixtiyarımız yoxdur”.

Mütəxəsislərin rəyinə görə, polis serjantının sevgilisi ilə telefonda danışması və ağlamasına görə işdən uzaqlaşdırılması heç də qanunsuzluq deyil.
 
Çünki polis serjantının bu telefon danışığı uniformada (iş başında) olduğundan, daxili işlər orqanlarında nizamnamə pozuntusu kimi qiymətləndirilir.