İş adamı keçmiş sevgilisinin ad günündə - fotolar

İş adamı keçmiş sevgilisinin ad günündə - fotolar
3009 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli iş adamı Əli Ağaoğlunun keçmiş sevgilisi və oğlu Əli Egenin anası Petek Ertüre dünən 30 yaşını qeyd edib.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ad günü ilə əlaqədar parti təşkil edən Peteki daha çox Ə.Ağaoğlunun gözlənilmədən məclisə gəlməyi təəccübləndirib. Keçmiş sevgilisinə qiymətli qolbağı hədiyyə edən iş adamı gecə boyunca onunla birlikdə olub və şəkillər çəkdirib.
 
Qeyd edək ki, Əli Ağaoğlunun özündən 37 yaş kiçik yeni sevgilisi Hazal Məsudiyəlinin onun bu addımına necə reaksiya verəcəyi hazırda diqqət mərkəzindədir.

Xatırladaq ki, H.Məsudiyəlinin atası, iş adamı Çingiz Məsudiyəli qızının özündən yaşca çox böyük olan Ə.Ağaoğlu ilə münasibətlərinə qarşı çıxmış və hətta qızına evdən çölə addım atmağı qadağan etmişdi.