Bakıda “Türkiyə caz festivalı” keçiriləcək

Bakıda “Türkiyə caz festivalı” keçiriləcək
697 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Azərbaycandakı  səfirliyinin dəstəyi ilə Bakıda “Türkiyə Caz Festivalı” keçiriləcək.

Axşam.az-ın məlumatına görə, festivalın koordinatoru, Azərbaycanda fəaliyyət göstərən sənətçi Oya Ergün jurnalistlərə açıqlamasında tədbirin oktyabrın 10-16-də baş tutacağını bildirib.  Festival çərçivəsində 6 məşhur türk qrupunun konserti olacaq və ''Türkiyədə Caz '' adlı film  təqdim ediləcək.

Qeyd edək ki, konsertlərə giriş pulsuz olacaq.