"...Uşaqları öldürməsinlər" - Bakıdan dünyaya səsləndi

"...Uşaqları öldürməsinlər" - Bakıdan dünyaya səsləndi
2056 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda keçirilən 89-cu “Miss Globe İnternational” gözəllik müsabiqəsinin əcnəbi qonaqlarından biri də türkiyəli ifaçı Gökhan Özen olub.

Axşam.az-ın məlumatına görə, gecədə sevilən mahnılarını səsləndirən Gökhan Azərbaycana təriflər yağdırıb:

“Sizlər üçün darıxmışdım. Bakıda özümü evimdəki kimi hiss edirəm. Bu gözəl ürəyiniz və alqışlarınız üçün minnətdaram".

Qeyd edək ki, G.Özen səhnəyə üzərində "Stop killing children Gazze" (“Qəzzada uşaqların öldürülməsinə son”) yazılmış köynəklə çıxıb.

"Burdan bütün dünyaya səslənirəm: müharibələrdə uşaqları öldürməsinlər. Hər kəsi buna etiraz etməyə çağırıram" - deyə sənətçi bildirib.