Sevgilisi canlı yayımda Aygün Kazımovaya sürpriz etdi - fotolar

Sevgilisi canlı yayımda Aygün Kazımovaya sürpriz etdi -  fotolar
14312 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova ATV-də yayımlanan “Mətanətlə gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni aparıcının “Həyatında kimsə var” sualına belə cavab verib:

“Həyatımda biri var. İstanbulda görüşmüşük, türk deyil. İlk baxışdan dedim ki, bu odur. Neçə vaxtdır şəxsi həyatımla bağlı qadağa qoymuşdum ki, ora heç kim daxil ola bilməz. Heç o haqda düşünmürdüm. Amma onunla gözlənilməz anda, təsadüfən qarşılaşdım. Oxuduğum “Təsadüf” mahnısını həyatımda yaşadım. Onun haqqında daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, canlı efirdə xalq artistinə içərisində mindən çox qızılgül olan çiçək dəstəsi göndərilib.

Aparıcının “Bunu o göndərib” sualına A.Kazımova “Bəli”, deyə cavab verib.