Sevinc Tofiqqızının bəstəsinə çəkilmiş klip Türkiyə efirində - video+fotolar

Sevinc Tofiqqızının bəstəsinə çəkilmiş klip Türkiyə efirində - video+fotolar
1517 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Sevinc Tofiqqızının “Kalbim Türkiyem”adlı mahnısına çəkilmiş klip “TRT-Avaz” kanalında yayımlanmağa başlayıb.

Axşam.az-ın məlumatına görə, bəstəkar bu hadisədən çox sevindiyini bildirib:
 
“Bildiyiniz kimi, mən bu yaxınlarda Ankarada oldum və “TRT”-nin keçmiş Bakı təmsilçisi Yüksəl Dəyərcanla görüşdüm. O, hazırda “TRT-Avaz”da baş koordinator kimi çalışır. Onunla söhbət əsnasında mənə söylədi ki, “sənin “Kalbim Türkiyem” klipin artıq TRT-Avazda yayımlanacaq”. İnanın, heç xəbərim yox idi. Mən, öz növbəmdə, Yüksəl Dəyərcana və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslana, eyni zamanda “TRT”-yə öz təşəkkürlərimi bildirirəm. Çünki onlar hər zaman gördüyüm bütün işlərdə mənə dəstək olublar”.

Qeyd edək ki, "Kalbim Türkiyem" adlı bəstənin aranjimanı Osman Həmidova, skripkada ifası əməkdar artist Səlim Abbasova aiddir.
 
Klipin rejissoru və montajçısı İntiqam Dadaşov, operatoru isə Emin Qaraşlıdır.