“Onun sənəti mənim üçün zirvədir” – İlhamə Quliyeva

“Onun sənəti mənim üçün zirvədir” – İlhamə Quliyeva
2160 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyeva əməkdar artist Abbas Bağırovu yeni klipi münasibətiylə təbrik edib.

Axşam.az-ın məlumatına görə, “Yaxşı ki varsan” adlı, özünün telefonla çəkdiyi ekran işini “Hər şey daxil” verilişində təqdim edən müğənni haqqında İ.Quliyeva bunları deyib:

“Məni yaxından tanıyanlar bilir ki, Abbas mənim ürəyimdir. Onun sənəti mənim üçün zirvədir. Abbasın sənət nümayəndələri ilə münasibətini görmüşəm. O, incəsənətə yaraşan, yüksək səviyyəli mədəniyyətə malik olan ifaçıdır. Onun eksklüziv klipinə baxdım, təbrik edirəm. Böyük işdir ki, sənətkar özü üçün qısa film çəkir. Sənə uğurlar arzu edirəm. Hər zaman xoşbəxt olasan. Xoşbəxtəm ki, yanımda Abbas kimi sənəti, musiqini duyan biri var. Onunla işbirliyimiz var, çalışırıq. “Yaşın nə fərqi var” mahnısını yaxın günlərdə təqdim edəcəyik. Bir az studiya ilə bağlı işlər olduğu üçün uzandı. Abbas mənə övlad kimidir. Mənə can yandırır. Səhər verilişinə gedə bilmirəm, yatmağı sevirəm. Ona görə də, efirləri izləyirəm”.