Elza getdiyi məkandan küsüb ayrıldı

Elza getdiyi məkandan küsüb ayrıldı
1580 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan dəniz kənarındakı istirahət mərkəzlərinin birindən küsüb gedib.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Günəbaxan” verilişində deyib:

“Bu yaxınlarda dəniz kənarına dincəlməyə getmişdim. Elə mahnılar qoymuşdular ki, əsəbləşib, şələ-şüləmi yığıb, küsüb çıxdım. Deyirəm, bu nədir, dincəlməyə gəlmişəm, onu söndürün. Dənizin səsi ondan yaxşıdır. “Balam, ürəyim” kimi mahnıları qoyublar. İstirahət etməyə imkan vermirlər. Belə insanları gərək tərbiyələndirəsən. Bir diskə gözəl mahnılarımızı yazıb, yanımda gəzdirəcəm, belə məkanlara gedəndə verəcəm”.