Üzməyi bacarmayan məşhur müğənni kimdir? - fotolar

Üzməyi bacarmayan məşhur müğənni kimdir? - fotolar
2232 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Rihannanın üzə bilməməsi ilə bağlı şayiələr özünü doğruldub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ən çox bikini ilə görüntülənən məşhur kimi tanınan R&B ifaçısı ailəsi və dostlarıyla birlikdə Barbadosda dincələrkən dənizə köməkçisi və üzmə avadanlıqları ilə girib.
 
Bu günədək təhlükəsizlik tədbirləri görmədən dənizə və hovuza girmədiyi söylənən pop ulduz bu dəfə də üzgüçülük aparatı olmadan suya baş vurmayıb.

Rihannanın dəniz qorxusunun isə maraqlı tarixçəsi var: Hələ məşhur olmamışdan qabaq doğulduğu ölkədə tətil zamanı üzərkən müğənni qəflətən ayağının yanında balıq görüb. Təşvişə düşən Rihanna kiçik bir şok keçirərək uzun müddət nitqini itirib, hətta yardım üçün heç kimi çağıra bilməyib. İstirahət edənlərdən biri vəziyyətin fərqinə varınca onun köməyinə çatıb. Lakin həmin vaxtdan indiyədək Rihannanın qorxusu keçməyib.