Xalq artistini türkiyəli müğənni ilə üz-üzə qoydular

Xalq artistini türkiyəli müğənni ilə üz-üzə qoydular
2914 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin TMB kanalında “Pərəstişkarların savaşı” verilişinin növbəti qonağı xalq artisti Aygün Kazımova və müğənni Bengü olub.

Axşam.az-ın məlumatına görə, ifaçıların pərəstişkarları arasında səsvermə keçirilir. Hər iki müğənninin fotoları telekanalın rəsmi internet və “Facebook” səhifələrində paylaşılaraq onların qarşı-qarşıya gələcəyi yazılıb.

A.Kazımovanın sevənləri isə səhifədə etirazlarını bildiriblər. Onlar xalq artistinin Bengü ilə yox, yalnız Ajda Pekkan kimi müğənni ilə üz-üzə qoyula biləcəyini yazıblar. Yarışmanın qaydalarına əsasən, pərəstişkarları sosial şəbəkədə sevdikləri müğənninin adını yazaraq ona səs verirlər. Qələbə qazanan sənətçinin mahnıları və klipləri isə gün ərzində adıçəkilən kanalda nümayiş olunur.

Qeyd edək ki, "Pərəstişkarların savaşı" həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 19:00-da yayımlanacaq.