Corc Kluni xüsusi mükafata layiq görüldü

Corc Kluni xüsusi mükafata layiq görüldü
653 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli aktyor və rejissor Corc Kluni Sesilya Demillya adına xüsusi “Qızıl qlobus” mükafatına layiq görülüb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əyləncə dünyasına töhfələrinə görə təqdim olunan bu mükafat C.Kluniyə “kameranın hər iki tərəfində” çalışdığı üçün verilib. Bu barədə təəssüratlarını bölüşən aktyor-rejissor “Mən hekayəçilər ailəsində böyümüşəm. Çox şadam ki, özümü göstərmək imkanım var və bunu hərtərəfli edirəm” deyib.

Qeyd edək ki, Corc Kluni 3 dəfə “Qızıl qlobus” və iki dəfə “Oskar” mükafatı laureatı olub. Aktyor adıçəkilən mükafatı 2015-ci ilin yanvarın 11-də alacaq. Təqdimetmə mərasiminin aparıcıları komediya aktrisları - Tina Fey və Emi Poler olacaqlar.