“Huzur sokağı” serialından Şükran obrazı ilə tanınan türkiyəli aktrisa Sinəm Öztürkün həyat yoldaşı Gürsəl Şatırdan mərhum aktyor Kamal Sunalın (“Şaban”) oğlu Əli Sunala görə boşandığı iddia edilir.
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, mətbuatdan bu barədə xəbərləri oxuyan aktrisa ayrılmasına səbəb kimi Ə.Sunalın göstərilməsinə etiraz edib:
“Bu xəbərlərin heç bir əsası yoxdur. Ankarada Əli ilə bir filmə çəkildim, orada tanış oldum. İşimiz qurtarandan sonra geri qayıtdım. Həmin gündən nə üzünü görmüşəm, nə də telefonla danışmışam. Hətta çəkiliş meydançasına Gürsəl də gəlib onunla tanış olmuşdu. Bu xəbəri haradan çıxartdılar, bilmirəm!”.
Aktyor Əli Sunal da şayiələrin yalan olduğunu bildirib:
“Belə bir şey yoxdur. İşimi görürəm, turnelərim davam edir. Niyə belə xəbər yayılıb, başa düşə bilmirəm”.
Qeyd edək ki, Sinəm Öztürk bir ildir ailəli olduğu həyat yoldaşı Gürsəl Şatırdan hər ikisinin razılığı ilə boşandığını, bir-birlərinə dəyər versələr də, eyni evdə yaşaya bilmədiklərini deyib.
G.Şatır isə açıqlamalarının birində “Hələ də görüşürük. Barışa bilərik. Ayrılmaq elə də asan məsələ deyil. Hər ailədə söz-söhbət olur” demişdi. Cütlüyün boşanma prosesi hələ də davam edir