Aqil M.Quliyev 15 kiloqram kökəldi – fotolar

Aqil M.Quliyev 15 kiloqram kökəldi – fotolar
3877 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, sentyabrın 13-də paytaxtda “Baku Fashion Night” adlı tədbir baş tutub.

Axşam.az-ın məlumatına görə, gecənin aparıcılıq missiyasını rejissor Aqil M.Quliyev öz üzərinə götürüb.

Rejissorun xeyli kökəlməsi diqqətdən qaçmayıb. Əvvəlki çəkisindən 15 kiloqram daha çox olan Aqil M.Quliyev pəhrizə başladığını deyib:

“38 il arıq oldum. Heç kim niyə arıqladığımı soruşmadı. İndi kökəlmişəm, hamı maraqlanır. 15 kiloqram kökəlmişəm. Sərt pəhriz saxlayıram.  Daha sonra isə idmanla məşğul olmağa başlayacam. İlin sonuna kimi görkəmimdə ciddi dəyişiklik edəcəyəm”.

Rejissor deyib ki, sözügedən tədbirdə aparıcılıq etmək təklifi yaxın dostundan gəlib:

"Onun sözünü yerə sala bilmədim. Hər zaman kameralar qarşısında olduğum üçün aparıcılıq etmək də çətin gəlmədi. Təkliflər olarsa, yenidən aparıcı kimi çıxış etməyim mümkündür”.