Əsl psixoloji istirahət necə olmalıdır?

Əsl psixoloji istirahət necə olmalıdır?
2394 dəfə oxunub
  • A-
  • A
  • A+
Həddən artıq gərgin, zehni yorğunluğu olan insanlara əsəbləri sakitləşdirmək üçün sakitlik lazımdır.

Belə adamların istirahət üçün Antalya, Nabran kimi yerləri, uzun və üzücü yolu olan məkanları seçməsi məqsədəuyğun deyil. Hər peşə sahibi özü üçün müxtəlif formalı istirahət seçməlidir.

Axşam.az xarici mətbuata istinadən peşəyə uyğun istirahət seçməyin qaydalarını təqdim edir:

Elə istirahət yerləri var ki, gecəsi-gündüzü səs-küylüdür, adam əlindən yer yoxdur. Belə yerlərə çox darıxdırıcı işi olan, ya da bütün günü evə bağlı insanlar, yəni darıxan insanlar getməlidir ki, beyni yeni informasiya ilə dolsun. Amma beyni onsuz da dolub-daşan insanların çox basırıq yerlərdə olması və guya istirahət etməsi onun əsəblərini daha da tarıma çəkəcək.

Ağır zehni işi olan adamlar daha çox ucqar dağ bölgələrində, bağda oturub, beyinlərini təmizləməli, meditasiya etməlidirlər. O qədər sakitlik olmalıdır ki, quşların, yarpaqların səsini belə eşitməlidir. Xaricə gedəndə də seçimlərini daha sakit və elit yerlərdə saxlasınlar.

Meditasiya bardaş qurub, barmaqlarını birləşdirib, dərin nəfəs almaq və mantra oxumaqdan
ibarət deyil. Sadəcə, bağda, torpaqda uzanıb, gözlərini yumur, tam sərbəstləşirsən. Və ya uca bir dağın başında əlini torpağa-daşa qoyub, fikirləri boşaltmaq lazımdır.