Rəqsanəni özündən çıxardılar: “Mən sonsuz deyiləm”

Rəqsanəni özündən çıxardılar: “Mən sonsuz deyiləm”
3997 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılovanın süni mayalanma yolu ilə hamilə qalacağı haqda xəbər yayılıb.

Axşam.az-a açıqlama verən sənətçi bunun şayiə olduğunu bildirib:

“Mən sonsuz deyiləm ki, süni mayalanmadan istifadə edim. İki qızım var. Xəbəri yazan şəxslə görüşəcəyəm ki, bunu sübut etsin. Məni klinikada görəni gətirib üzləşdirsinlər. Türkiyəyə getməyə vaxtım yoxdur. Başım klip çəkilişinə, qızımla hazırladığım yeni verilişə qarışıb. Oraya nə zaman getdim? Allahın izni ilə üçüncü dəfə ana olmaq istəyirəm, amma bu yolla yox. Kim o jurnalistə ixtiyar verir ki, mənim qızıma zəng vurub bu haqda sual versin? Mən hər zaman düzünü danışan insanam. Bundan sonra da nə olsa, sevənlərimlə bölüşəcəyəm. Allaha dua edirəm ki, üçüncü dəfə də ana olum. Ailəli qadınam, burda eyib heç nə yoxdur. Mən uşaqları çox sevirəm. Əgər müğənni olmasaydım bu günə kimi 9 uşaq dünyaya gətirərdim. Sünii mayalanmaya isə pis baxmıram. Qadınlar var ki, bu yolla uşaq sahibi olurlar”.

Qeyd edək ki, Rəqsanənin Aysun və Yağmur adlı iki qızı var. Sözügedən xəbəri publika.az saytı yayıb. Məlumatda sənətçinin Türkiyədə klinikaların birində olduğu, orada süni mayalanma etdirəcəyi yazılıb.