Boşanacaqları deyilən cütlük Paris gecələrində - fotolar

Boşanacaqları deyilən cütlük Paris gecələrində - fotolar
1383 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Beyons və həyat yoldaşı, reper Cey Zi “ayrılacaqlar” dedi-qodularına rəğmən Parisdə romantik günlər keçirirlər.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün səsyazma studiyasından birlikdə çıxarkən görüntülənən cütlük “On The Run” turnesindən sonra qalan işlərini yekunlaşdırmaq üçün hələ də Fransadadır.

Yeni kliplərində Beyonsun boynundan öpən Cey Zi hər fürsətdə xanımını çox sevdiyini sərgiləyir. Bu isə onların boşanacaqları ilə bağlı yayılan şayiələrin doğru olmadığını göstərir.
 
Fransa səfəri zamanı geyimlərində də bir-birlərinə uyğunlaşmağa çalışan cütlük əsasən ağ-qara rənglərə üstünlük verir.