Di Kaprio səfir oldu

Di Kaprio səfir oldu
1200 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Leonardo Di Kaprio səfir təyin edilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktyor BMT-nin planetin iqlim məsələləri üzrə səfiri seçilib. Bununla bağlı açıqlama verən təşkilatın baş katibi Pan Gi Mun ona güvəndiklərini bildirib:

“Cənab Di Kaprio - ətraf mühitin müdafiəsində ən çox güvəndiyimiz simadır. Onun vədləri gücləndirəcək çox böyük platforması var”.
 
O, eyni zamanda 39 yaşlı Di Kaprionun sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək BMT-nin sammitində iqlim dəyişiklikləri problemləri ilə bağlı çıxış edəcəyini bildirib.

Məşhur aktyor ona bu ciddi vəzifənin verilməsindən şərəf duyduğunu və problemlə mübarizə aparacağını bildirib.