Ledi Qaqa İstanbul konsertində soyundu – video+fotolar

Ledi Qaqa İstanbul konsertində soyundu – video+fotolar
4919 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Ledi Qaqanın İstanbul konserti baş tutub.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, pop ulduz konsert zamanı izləyiciləri türk dilində “İstanbul, sizi sevirəm” sözləri ilə salamlayaraq, sevilən mahnılarını səsləndirib. Hər zaman qeyri-adi geyimləri ilə seçilən Qaqa bu dəfə də ənənəsinə sadiq qalıb.
 
Konsertin maraqlı anı isə müğənninin səhnədə soyunması olub. Belə ki, 30 saniyə ərzində libaslarını dəyişməyi bacaran ulduz bu dəfə bunu tamaşaçıların gözü önündə edib. O, 10 müxtəlif paltarda səhnəyə çıxıb. Ledi Qaqa onu izləməyə gələn homoseksuallara dəstək olduğunu söyləyib:

“Bütün dünyanı gəzdim. İnanın, “mavi” olmaq çox çətindir. Oriyentasiyanızdan utanmayın və özünüzlə qürur duyun. Çünki Tanrı hamımızı sevir”.

Təxminən 2 saat səhnədə olan L.Qaqa pianoda ifa edərək, İrandan gələn pərəstişkarı ilə bəstə oxuyub. O, İstanbulda qaldığı müddətdə mahnı sözləri yazacağı müjdəsini verib.

Qeyd edək ki, pop diva Avropa turnesi çərçivəsində 68 şəhərdə konsert verəcək.