Rafet El Romanın nikahı saxtadır – iddia

Rafet El Romanın nikahı saxtadır – iddia
2252 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Rafet El Romanın iyulun 16-da Ceren Kalpakarslanla Almaniyada baş tutan nikahının Türkiyədə qanuni olmadığı iddia edilir.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, cütlük iki ay əvvəl evlənsə də, onların şəxsiyyət vəsiqələrində hələ də subay olduqları yazılır. Bu isə, müğənninin nikahının saxta olması ilə bağlı şayiələrin yayılmasına gətirib çıxarıb. R.E.Roman iddialarla bağlı bunu söyləyib:

“Çox xoşbəxt ailəm var. Kiminsə pis niyyətli iddiaları mənim vecimə deyil. Heç kimə də ailəli olduğumu sübut etmək borcum yoxdur. Özüm və xanımım həqiqəti bilir, bu, mənə kifayətdir. Mən nikahımızın Türkiyədə qeydiyyata alınıb-alınmadığı ilə maraqlanmamışam”.

Qeyd edək ki, Rafet El Roman və Ceren Kalpakarslan  Frankfurtda ailə qurublar.