İzzət soyadını dəyişdi

İzzət soyadını dəyişdi
3799 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırov soyadını dəyişib.

Axşam.az-ın məlumatına görə, sənətçi soyadını “Bağırzadə” etdirib. Bu haqda ifaçı “Günəbaxan” verilişində qonaq olarkən deyib:

“Çoxdan dəyişmişəm. Bir neçə proqramda belə təqdim olunub. Amma bu gün ətraflı çatdırmaq istədim. Ata-babalarımın da soyadı Bağırov olub. Mən də yeni qanuna uyğun Bağırzadə etdirdim. Bizi səhnədə tanıyıblar. Bağırovu istəmədim, “zadə” sonluqlu soyad daha yaxşıdır. Aparıcılara neçə dəfə demişəm ki, məni “Bağırzadə” kimi təqdim edin”.