Fatimə: “Məni daha bir sınaq gözləyir”

Fatimə: “Məni daha bir sınaq gözləyir”
1997 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyevadan xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi noyabrda Hindistanda və Türkiyədə festivallara qatılacaq. O, bununla bağlı hazırlıqlara başlayıb:

“Demək olar ki, bir çox şou əhli istirahət etdiyi zaman mən yaradıcılıq işlərimə start vermişəm. Bunun nəticəsində də yeni mövsümə “Qafqaz bloku” rəqsi ilə başladım. Düşünürəm ki, yaxşı da alındı. Çünki bu günə qədər sözügedən rəqsi Azərbaycanda oynayan olmamışdı. Bu yay yetəri qədər dincəlmədim. Tələbələrimlə məşğul oldum. Buna görə peşman deyiləm. Çünki onlara  nəsə öyrədirəmsə, bundan zövq alıram. Zamanında mən də müəllimlərimdən rəqsin sirlərini öyrənmişəm. Çox şükür ki, onlardan bəhrələndiklərimi tələbələrimə də aşılaya bilirəm. İndi isə məni daha bir sınaq gözləyir. Noyabrda Hindistanda və Türkiyənin Mersin şəhərində festivalda iştirak edəcəm. Artıq orada təqdim edəcəyim rəqslərin hazırlıqlarına başlamışam. Əsas diqqətimi də məhz həmin müsabiqəyə yönəltmişəm. Allahın köməyi ilə Azərbaycana yaxşı nəticə ilə dönəcəyimə inanıram”.