Bred Pitt və Ancelina Colinin yeni filmindən ilk fotolar

Bred Pitt və Ancelina Colinin yeni filmindən ilk fotolar
1689 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur ulduz cütlüyü Bred Pitt və Ancelina Coli Maltada bal ayı ilə yanaşı, film çəkilişlərini də davam etdirirlər.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki,  “Mr and Mrs Smith” (“Cənab və xanım Smis”) filminin çəkiliş meydançasında tanış olan cütlük 9 il sonra “By The Sea” (“Dəniz kənarında”) adlı ekran işi ilə yenidən birlikdə kamera önünə keçib.
 
Rejissoru Ancelina Colinin özü olan bu filmdə hadisələr 1970-ci illərdə cərəyan edir. Sssenariyə əsasən, şəxsi həyatında problemlər yaşayan ailə münasibətlərini düzəltmək üçün Maltaya səyahətə yollanır.

Qeyd edək ki, ekran işi 2015-ci ildə ərsəyə gələcək.