"Hilton Baku"ya bomba qoyulması xəbəri yalan çıxdı

"Hilton Baku"ya bomba qoyulması xəbəri yalan çıxdı
1055 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hilton Baku” otelinə bomba qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Axşam.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə  Bakı şəhəri, Səbail rayonunda yerləşən “Hilton Baku” otelinin 4-cü mərtəbəsində partlayıcı qurğu olması barədə məlumat daxil olub.
 
FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılıb. FHN-in mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.
 
Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.