Rəmiş həyat yoldaşı haqda: “Gülü maşın sürür”

Rəmiş həyat yoldaşı haqda: “Gülü maşın sürür”
2618 dəfə oxunub
  • A-
  • A
  • A+
Gitaraçı Rəmiş “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşına maşın sürməyə icazə verdiyini deyib:
 
“Şəhərin içində yox, uzaq yola çıxanda Gülü də maşın sürür. Amma mən yanında otururam. Tək icazə vermirəm. Mən elə kişilərdən deyiləm. Hətta Gülüyə sürücülük vəsiqəsi də almışam”.

Rəmiş ilk həyat yoldaşından da bəhs edib:

“Təzə evlənmişdim, onun ailəsi ilə birlikdə yaşayırdıq. Çünki mənim evim yox idi. Ona görə də evdə çox olmurdum. Kişi arvad evində yaşamaz. Onunla evdə mübahisə etməyimiz də düz gəlmirdi, yığışıb məni döyərdilər (gülür). Gülünün atası tar müəllimim idi. Bizim evdə qalırdı. Anam da onu çox istəyirdi. Gülü ilə evləndik və indi evimiz, maşınımız var, yaşayırıq. Heç mübahisəmiz də olmur”.