Rəqsanənin başı qızına qarışıb

Rəqsanənin başı qızına qarışıb
3340 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir Moskvada olan müğənni Rəqsanə İsmayılova Bakıya qayıdıb.

Axşam.az-a açıqlama verən ifaçı qızı ilə aparacağı verilişin hazırlıqlarını görəcəyini bildirib:
 
“Sentyabrın 25-də İstanbula yollanacam. O vaxta kimi də Bakıda yeni proqramımın hazırlıqları ilə məşğul olacam. Verilişimin çəkilişləri başlayacaq. Hələ ki, hansı telekanalda olacağına qərar verməmişik. Proqramı sahibi olduğum “YAR” prodakşnda çəkəcəyik. Eyni zamanda da qızımın moda nümayişinə başım qarışıb. Bütün fikrimi ona yönəltmişəm. Dekorasiya işlərini edirik".

R.İsmayılova dekabrın 18-də Heydər Əliyev Sarayında konsert verəcəyini də bildirib:

“Məşqlərə başlamışıq. Qadınların cəzaçəkmə müəssisəsində də konsertim olacaq. Bu konsertdən yeni verilişim üçün böyük süjet hazırlayacam”.